Ermənistanda əsgərləri ruh düşkünlüyündən xilas etmək üçün bu yola əl atılır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda əsgərləri ruh düşkünlüyündən xilas etmək üçün bu yola əl atılır

Rəsmi

25 Sentyabr 2020 23:34 1341


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan Azərbaycan-Ermənistan təmas xəttində yerləşən hərbi hissələrin birində olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, O.Qasparyan cəbhə xəttində xidmət edən əsgərlərlə görüşüb, onlara simvolik hədiyyələr təqdim edib. pizza

Bu fakt göstərir ki, Ermənistan ordusunun əsgərləri arasında mənəvi-psixoloji durum ürəkaçan deyil. İşğalçı ölkənin rəhbərliyi isə yüksək rütbəli hərbçiləri təmas xəttinə göndərməklə, əsgərlərə kiçik hədiyyələr təqdim etməklə ruh düşkünlüyünü aradan qaldırmağa çalışır.

Ermənistanda ordudan yayınma və qaçma, əsgərlik yaşı çatanların ölkəni tərk etməsi, həmçinin orduda intizamsızlıq, əsgər ölümləri ilə bağlı xəbərlərə erməni mediası və sosial şəbəkələrində tez-tez rast gəlinir. Hazırda Ermənistan hakimiyyətinin içərisindəki qarşıdurma və xalqda yaranmış ruh düşkünlüyünün orduya da sirayət etməsi danılmaz faktdır və bu barədə ermənilər özləri də sosial mediada tez-tez yazırlar. Görünür, Qasparyanın erməni əsgərlərin könlünü kiçik hədiyyələrlə almağa yönəlmiş səfəri də bu ruh düşkünlüyünü və qorxunu dəf etmək cəhdidir. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!