Ermənistanda hökumət üzvlərinin 80 faizi istefaya göndəriləcək

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda hökumət üzvlərinin 80 faizi istefaya göndəriləcək

Siyasət

18 Noyabr 2020 10:18 819


Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bunu noyabrın 18-də “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, ölkənin əmək və sosial məsələlər üzrə naziri Zarui Btoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, müdafiə naziri David Tonoyan, eləcə də onun müavinin adları istefaya göndəriləcək hökumət üzvlərinin siyahısındadır. pizza sifarişi

Hökumət başçısı hesab edir ki, həmin məmurlar döyüşlər zamanı vəzifələrinin öhdəsindən gələ bilməyiblər və ona görə də istefaya getməlidirlər. (Report)

Qeyd edək ki, son günlər Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, onun müavini Şavarş Koçaryan, fövqəladə hallar naziri Feliks Çolakyan istefa veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!