"Bilirsiniz ki, Ermənistan-İran sərhədində, o cümlədən Meqri gömrük-keçid məntəqəsində Rusiya sərhəd qoşunlarının zastavaları var".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Arman Eqoyan deyib.
O bildirib: “Burada biz iki məsələni ayırmalıyıq: Ermənistanın yurisdiksiyasında olan yol, yoxsa Ermənistanın yurisdiksiyasından kənarda olan yol? İrəvan bəyan edib ki, Ermənistanda onun yurisdiksiyasından kənar heç bir yol olmayacaq”. Pepperoni pizza
Yeqoyan əlavə edib ki, üçtərəfli bəyanatda qeyd olunan yola nəzarət fərqlidir, çünki Meqri keçid məntəqəsində, məsələn, Zvartnots hava limanında nəzarət Rusiya sərhədçiləri tərəfindən həyata keçirilir:
“Ancaq Rusiya sərhəd qoşunları Ermənistan Respublikasının yurisdiksiyasında fəaliyyət göstərir və orada erməni sərhədçi ola bilər. Burada əsas odur ki, bu yol Ermənistanın yurisdiksiyasında olmalıdır. İstənilən xarici avtomobil Ermənistan sərhədini keçdikdən sonra Ermənistanı təmsil edən sərhədçi ilə üz-üzə gəlməlidir”.
Telegram kanalımız