Ermənistanda koronavirusa yoluxanların sayı 8 927 nəfərə çatıb.
Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, son sutka ərzində 251 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 127 nəfər koronavirusdan ölüb, 5 483 nəfərin müalicəsi isə davam edir. Dominos pizza
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.
Telegram kanalımız