“KTMT Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqlarına əsaslanaraq, Ermənistan-Azərbaycan sərhədində missiya yerləşdirmək planlarını həyata keçirməyə hazırdır”.
Yenisabah.az “RTVI”ya istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O bildirib: “Öz tərəfimizdən Ermənistanın təhlükəsizliyinin təmin edilməsinə dair KTMT Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərar layihəsində nəzərdə tutulan digər dəstək proqramları ilə yanaşı, Ermənistanın təhlükəsizliyi maraqları naminə Ermənistan-Azərbaycan sərhədində KTMT missiyasını yerləşdirməyə hazır olduğumuzu təsdiq edirik. Bu işə Ermənistanın özü qədər hazırıq”. Toyuqlu pizza
Telegram kanalımız