Ermənistan prezidenti mənim təqdim etdiyim və Milli Məclisdə tam şəkildə qəbul edilmiş qanun layihələri paketini imzalayıb.
Yenisabah.az xəbər verir ki, bunu hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Ayk Sarkisyan “Facebook” səhifəsində yazıb.
O qeyd edib: Pepperoni pizza
“Qanuna əsasən:
27 yaşına çatmış, lakin müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar bu bəndin hər hansı birindən istifadə edə və cinayət məsuliyyətindən azad ola bilərlər:
- 24 ay müddətində hərbi xidmət keçmək;
- 12 ay müddətində hərbi xidməti başa vurmaq və 2,5 milyon dram ödəmək,
- 6 ay müddətində hərbi xidməti başa vurmaq və 5 milyon dram ödəmək,
- 1 ay müddətində hərbi xidməti başa vurmaq və 10 milyon dram ödəmək,
- hərbi xidmət əvəzinə 15 milyon dram ödəmək.
İkincisi, Ermənistan vətəndaşlığını alan kişilər 27 yaşına çatdıqdan sonra 1 il xidmət etməli və ya ölkənin dövlət büdcəsinə 2,5 milyon dram ödəməlidirlər.
Üçüncüsü, 27 yaşına çatdıqdan sonra hərbi qeydiyyatda olan vətəndaşlardan da xidmət keçmək və/və ya müvafiq məbləği ödəmək tələb olunur”.
Telegram kanalımız