Ermənistanda Qriboyedovun abidəsi təhqir edildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Qriboyedovun abidəsi təhqir edildi

Dünya

03 Dekabr 2019 14:53 1022


Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun İrəvandakı abidəsini təhqir edilib.

“Yeni Sabah” “RİA Novosti”yə istinadla xəbər verir ki, Ermənistanın “Birləşmiş Milli Təşəbbüs” partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan abidənin üzərinə qırmızı rəng töküb.

Bu barədə Şaqen Arutunyan özünün “Facebook”dakı səhifəsində yazıb və orada şəkil yerləşdirib:

“Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim”. pizza

Ermənistanın hüquq-mühafizə orqanları millətçi gəncin bu hərəkətinə hər hansı reaksiya verməyib.

Şaqen Arutunyan 2014-cü ildə şərti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!