Ermənistanda rüşvət alan Müdafiə Nazirliyinin zabiti həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda rüşvət alan Müdafiə Nazirliyinin zabiti həbs edildi

Rəsmi

28 İyul 2023 22:15 3121


Ermənistanda Müdafiə Nazirliyinin əməkdaşı 6 milyon dram (15,5 min ABŞ dolları - Qeyd) rüşvət alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, Ermənistan vətəndaşı A.Q. Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahı Xidmətinin səfərbərlik şöbəsinin rəisi S.A ilə 2023-cü ilin yayında həqiqi hərbi xidmətə gedəcək oğlunun müəyyən vəsait qarşılığında xidmətə yararsız kimi göstərməsi üçün razılığa gəlib. Marqarita pizza

Bunun müqabilində məmur vətəndaşdan 2023-cü ilin aprelində aldığı 6 milyon dram rüşvət tələb edib.

İyulun 27-də çağırışçının atası və məmur saxlanılıb. Vəzifəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, rüşvət verən şəxs ev dustaqlığına göndərilib.

İstintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!