“Hakimiyyətə gələn gündən Nikol Paşinyan çox ziddiyətli bəyanatlar verir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamlarına münasibət bildirib: Dominos pizza
“Paşinyan çabalayaraq gah Avropa İttifaqına, gah Moskvaya üz tutur, gah da KTMT-dən çıxmaq fikri ilə çıxışlar edirdi. İndi onun belə bir mövqe tutmasının səbəbkarı məhz Azərbaycandır. Onu sıxışdırmışıq. Azərbaycanın diplomatik uğurları və 44 günlük müharibədə qələbəmiz Paşinyanı belə bir mövqe tutmağa vadar edib. Bu, reallıqdır.
Əlbəttə, Ermənistan Baş nazirinin bugünkü açıqlamaları heç də o demək deyil ki, Paşinyan bundan sonra Qarabağın status haqqında artıq danışmayacaq. Ola bilər o razılaşsın ki, Qarabağ Azərbaycan torpağıdır, lakin görünür, bundan sonra yeni taktiki addımlar atacaq. Deyəcək ki, bölgədə ermənilərin hüquqları qorunmalı, Qarabağda onlar üçün müəyyən bir qurum yaranmalıdır və s.
Proseslər hələlik bu istiqamətdə gedir. Amma yaranan vəziyyəti milli kontektsdən təhlil etsək, əlbəttə, bu, maraqlarımıza xidmət edir. Çünki onları reallıqları qəbul etməyə axır ki, məcbur etdik”.
F. Sadıxov əlavə edib:
“Separatçılara gəlincə, onlar heç vaxt Moskvada yüksək səviyyədə qəbul edilməyib. Onlar hansısa bir dairələrin nümayəndələri, yaxud diaspora təşkilatlarının sədrləri ilə görüşüb və problemlərini həll etməyə çalışıblar. Əslində, düşünmürəm ki, bu, onlara elə də böyük bir kömək etsin. Təbii ki, Ermənistanda separatçıları dəstəkləyən yalnız “Qarabağ klanı” - Koçaryan, Sarkisyan, Ohanyan və digərləridir. Amma Azərbaycanın ərazi bütövlüyü bütün dünyada, beynəlxalq təşkilatlarda tanınıb. Yəni ermənilər üçün status məsələsi heç bir zaman mümkün olmayacaq”, - deyə müsahibimiz fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız