“Erməni mətbuatının yazdığına görə son zamanlar ölkədə Homo və Trans seksualların sayı kəskin surətdə artmaqdadır”.
“Yeni Sabah” xəbər verir ki, bu haqda açıqlamanı erməni dili üzrə mütəxəssis İsmayıl Tanrıverdi yayıb.
O, bildirib ki, yerli ermənilər bunu "xaricdə gələn bəla" adlandırırlar, çünki xaricdən gələn ermənilərin əksəriyyəti bu "xəstəliyə" düçar olanlardır. Bunlara hətta parlament deputatları arasında da rast gəlmək olar. pizza sifarişi
“Bu günlərdə Artak Arakelyan adlı erməni həqiqi hərbi xidmətə çağırılan zaman başına gələnləri erməni mətbuatına şikayətlənib. O, bildirib ki: "Hərbi komissarlığa gedərkən komissiya sədrinə 15 yaşından bəri "homoseksual" olduğunu dediyinə peşman olub. Sədr onun sözlərinə inanmayaraq qolundan tutub sürüyə-sürüyə Komissarın yanına aparıb. Komissar da sənədlərlə tanış olduqdan sonra var gücü ilə mənim sifətimə çırpdı və təhqir edərək otaqdan qovdu".
Artakın dediyinə görə, əsas kino da bundan sonra başlandı. Onu tanıyan da, tanımayan da harda görürlərsə onu təhqir edir və ya döyürlər. Heç yerdə ona iş vermirlər. Nə edəcəyini, bundan sonra necə yaşayacağını bilmir”.


Telegram kanalımız