Aİ-nin Ermənistandakı missiyası lap əvvəldən 103 nəfərlə, 6 mərkəzin iş proqramı baxımından tam şəffaf idi.
Yenisabah.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı mülki missiyasının nümayəndələrinin Tvitter mikrobloquna daxil olan məlumatda deyilir.
“Məqsədimiz ən qısa zamanda tam fəaliyyətə nail olmaqdır. Aİ-nin Ermənistandakı missiyası Ermənistan hökumətinin sorğusuna cavab olaraq işə salınan silahsız mülki missiyadır”, - deyə bəyanatda vurğulanır. Dominos pizza
Xatırladaq ki, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova Ermənistanda Aİ monitorinq missiyasının 3 əməliyyat mərkəzinin açılması ilə bağlı sualı cavablandıraraq Ermənistanda “müşahidə” bazalarının sayını artırdığını bildirib. O deyib: "Bunun Bakı ilə İrəvan arasında münasibətlərdə sabitlik və sülhün bərqərar olması vəzifəsi ilə heç bir əlaqəsi yoxdur".
Zaxarovanın sözlərinə görə, Aİ üzvləri əvvəldən son dərəcə qeyri-şəffaf hərəkət ediblər.
Telegram kanalımız