“Ermənistandan dəhliz ola bilməz” - İran səfiri

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistandan dəhliz ola bilməz” - İran səfiri

Siyasət

03 Yanvar 2024 18:14 3371


Mövqeyimiz dəyişməyib: biz sərhədlərin dəyişdirilməsinin, regionda geosiyasi dəyişikliklərin əleyhinəyik. Sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xəttdir, bu, İranın ən yüksək hakimiyyət orqanları səviyyəsində elan edilib və heç kim bundan yayına bilməz.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib.

Onun sözlərinə görə, başqa ölkənin ərazisində eksterritorial dəhliz yaratmağın mənası yoxdur. Sezar pizza

“Hesab edirəm ki, Ermənistan ərazisində eksterritorial dəhliz məsələsinin qaldırılmasının beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə heç bir aidiyyəti yoxdur. Ermənistanın baş nazirinin “Dünyanın kəsişməsi” proqramında qeyd edildiyi kimi, Ermənistan ərazisində istənilən ərazi əlaqəsi bu ölkənin milli suverenliyi altında fəaliyyət göstərməlidir. Ermənistan ərazisində eksterritorial dəhlizdən danışan dövlətlər öz ərazilərində də eyni dəhlizləri yaratmağa hazırdırlarmı? Məncə, xeyr. Ona görə də özləri üçün istəmədiklərini başqaları üçün istəməməlidirlər”, - deyə Sübhani bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Asadov Intiqam Aziz oqli
    Əgər ermənistan ozu buna etiraz etməsə necə ..? Yenə iran qonsu ölkə kimi bunu ermənistanin suverenliyinin pozulmasi kimi qəbul edəcək ? .Ermənistan ərazisindən dəhliz iranin nə vaxtdan " qirmizi " , yaxud " yaşıl " xətti olub ?
    2 years ago