Ermənistandan qonaq gözləyən azərbaycanlılar:   “Belə də olmalıdır“

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandan qonaq gözləyən azərbaycanlılar: “Belə də olmalıdır“

Siyasət

08 Aprel 2022 16:23 2640


“Ermənilərlə gec-tez qonşuluq münasibətləri yaranacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında professor Əli Abbasov deyib.

Xatırladaq ki, ötən gün politoloq Zərdüşt Əlizadə Ermənistanla qonşuluq münasibətlərini bərpa etməyin vacibliyindən danışıb. Deyib ki, erməni dostlarının tezliklə qatara minib Bakıya gəlməsini arzulayır. Dördpendirli pizza

Onun sözlərinə görə, Azərbaycanda 3 nəfər tanınmış şəxs - Arzu Abdullayeva, Rəhman Bədəlov və Əli Abbasovun vaxtı ilə ermənilərlə sıx dostluq münasibətləri olub.

Əli Abbasov bizimlə söhbət zamanı həmkarının fikrilərini təsdiqləyib. Onun sözlərinə görə, dövlət tərəfindən icazə verilsə, gediş-gəliş olacaq:

“İcazə verilsə, ikitərəfli əlaqələr qurulacaq, ünsiyyət olacaq. Təbii ki, belə də olmalıdır. Hələlik icazə yoxdur. Qonşuluq münasibətləri gec-tez olacaq. Lakin ikitərəfli olmalıdır. 2016-cı ildən sonra əlaqələrimiz demək olar ki, yoxdur. Amma sonradan bərpa olundu”.

Professor Rəhman Bədəlov isə vəziyyətin faciəli olduğunu deyib:

“Ermənistan-Azərbaycan münasibətlərinə mənim rəyim o qədər fərqlidir ki... Elə müharibəyə də. Bu barədə çox danışmasam yaxşıdır. Mən nə hə, nə də yox deyirəm. Mən hər şeydən yazıram. Amma məcradan heç vaxt çıxmıram. Ümumiyyətlə, vəziyyət mənə faciəli gəlir. Uzun uzadı danışılası deyil”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!