Ermənistanın daha bir məkrli niyyəti 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın daha bir məkrli niyyəti 

Rəsmi

20 İyul 2020 19:16 1308


Ermənistanın hərbi təxribatının iflasından sonra təcavüzkar tərəf münaqişə bölgəsində yaranan gərgin vəziyyətdən maksimum yararlanmaq istəyir. Yenisabah.az xəbr verir ki, Ermənistan baş naziri Nikol Paşinyan və Xarici İşlər Nazirliyi yenidən Azərbaycan-Ermənistan sərhədində və işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində atəşkəs rejiminə nəzarət məqsədilə beynəlxalq monitorinq sisteminin, silahlı insidentlərin təhqiqi mexanizmlərinin tətbiq edilməsinin vacibliyi barədə bəyanatlarla çıxış etdilər.

Silahlı insidentlərin təhqiqi mexanizmlərini tətbiq etmək ideyasını gündəmə gətirməyə çalışan erməni tərəfi, heç şübhəsiz ki, özünün növbəti təcavüz aktını ört-basdır etmək istəyir. Lakin bu ideyanın ortaya atılmasının daha mühüm səbəbi təcavüzkar Ermənistanın ümumiyyətlə öz işğalçılıq siyasəyini davam etdirmək niyyətində olmasıdır. Çünki Azərbaycan ərazilərinin işğalı şəraitində beynəlxalq monitorinq sisteminin tətbiqi faktik baxımdan status-kvonun davam olunmasına xidmət göstərəcək, diqqəti substantiv danışıqların aparılması zərurətindən ikinci dərəcəli məsələlərin müzakirəsinə yönəldəcəkdir.

Təsadüfi deyil ki, Azərbaycan silahlı insidentlərin təhqiqi mexanizmlərinin tətbiq edilməsini prioritet vəzifə kimi qəbul etmir. Bununla da Azərbaycan tərəfi göstərir ki, münaqişənin əsas problemi “insidentlər” yox, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalıdı Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!