Ermənistanın yaydığı sənədə təklif demək olmaz - Nazir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın yaydığı sənədə təklif demək olmaz - Nazir

Siyasət

10 May 2022 11:37 223


“Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini təqdim edib. Ermənistan tərəfi isə həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildirib”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir, həmçinin Ermənistan tərəfindən Azərbaycanın 5 təklifinə 6 təklifin verilməsi xəbərlərinə də münasibət bildirib. Dördpendirli pizza

"Böyük ehtimalla, hər kəs Ermənistan tərəfinin qeyd etdiyi sənədi görüb, çünki onlar bu sənədi açıq formada yayıblar. Lakin sənədə baxdıqda buna təklif demək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunun Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi”, - XİN başçısı vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!