Ermənistanla sərhədin açılması işləri sürətləndirilir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanla sərhədin açılması işləri sürətləndirilir

Dünya

09 Fevral 2026 12:00 279


Türkiyə Ermənistanla sərhəd keçid məntəqəsinin açılışını sürətləndirib.

"Yeni Sabah" Yeşil İğdır Gazetesi-nə istinadla xəbər verir ki, İğdır əyalətinin valisi Fırat Taşolar Alican sərhəd keçid məntəqəsində aparılan yenidənqurma və modernləşdirmə işlərini şəxsən yoxlayıb. Səfəri zamanı işlərin hazırkı mərhələsi barədə ətraflı məlumat alıb.

Vali prosesin ən qısa müddətdə başa çatdırılmasının gözlənildiyini qeyd edib. O, işlərin intensiv şəkildə davam etdiyini və sərhəd keçid məntəqəsi üçün hazırlıqların yaxın gələcəkdə başa çatdırılmasının planlaşdırıldığını bildirib. Dominos pizza

Sərhəd keçid məntəqəsinin müasir tələblərə uyğunlaşdırılması üçün ərazidə infrastruktur və texniki işlərin davam etdiyi vurğulanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!