Ermənistanla yeni müharibə riski... - Tofiq Zülfüqarov

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanla yeni müharibə riski... - Tofiq Zülfüqarov

Siyasət

18 Yanvar 2023 08:17 1013


Azərbaycanın hərbi əməliyyatların bərpa edilməsinə tərəfdar olmadığını bütün dünya bilir. Hətta 2020-ci ildə müharibənin başlamasının səbəbi də Ermənistanın ardıcıl olaraq törətdiyi təxribatlar idi. Ötən ilin sentyabr ayında baş verən toqquşmaların səbəbi də eynidir.

Bu sözləri Axar.az-a Qarabağda yeni müharibə riskinin artması ilə bağlı müxtəlif xarici mətbuat orqanlarında yayımlanan xəbərlər və ekspertlərin səsləndirdiyi fikirlər haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Diplomat müharibə riskini artıran səbəbləri sadalayıb: Marqarita pizza

“Ermənistanın daim təxribata, silaha əl atdığını görürük. Yeni müharibə riskinin artması ilə bağlı proqnozların verilməsinin də arxasında Ermənistanın müzakirələri ləngitməsi, onu manipulyasiya etməsi, 10 noyabr Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirməməsi, delimitasiya və demarkasiya prosesindən, sülh müqaviləsini imzalamaqdan boyun qaçırması, insan hüquqları pərdəsi altında Qarabağdakı separatçılara dəstək verməsi və s. səbəblər dayanır. Revanşist qüvvələr təxribatdan əl çəkmirlər və yeni təxribatların baş verməsi də istisna deyil. Azərbaycan isə haqlı olaraq belə addımlar qarşısında səssiz qalmayacaq, qarşı tərəfin təxribatlarına lazımi cavab veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!