Əsəbin öhtəsindən gəlməyin ən effektiv üsulu – Gündəlik gərginliyi azaldır...

saytların hazırlanması

Evə çatdırılma

Əsəbin öhtəsindən gəlməyin ən effektiv üsulu – Gündəlik gərginliyi azaldır...

Sosial

01 Mart 2026 22:23 642


Bir çox insan qışqırmağın, nəyisə yumruqlamağın və ya “qəzəb otaqları”na getməyin gərginliyi azaltdığını düşünür. Lakin yeni elmi araşdırma bunun doğru olmadığını göstərib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Clinical Psychology Review” jurnalında məlumat dərc olunub.

10 mindən çox şəxsin iştirak etdiyi 154 tədqiqatı birləşdirən geniş meta-analiz göstərib ki, qəzəbi yüksək həyəcan yaradan hərəkətlərlə ifadə etmək insanı sakitləşdirmir. Əksinə, aqressiyanı daha da gücləndirə bilər. pizza mizza

Tədqiqat müəllifləri bildiriblər ki, əsəbi vaxtda sürətli qaçış və ya ağır fiziki hərəkətlər ürək döyüntüsünü və bədənin oyanıqlıq səviyyəsini artırır. Bu isə stres reaksiyasını azaltmaq əvəzinə davam etdirir. Araşdırma ilə bağlı açıqlama verən Ohio State University mütəxəssisləri qeyd ediblər ki, yüksək intensivlikli fəaliyyətlər qəzəbi azaltmır.

Alimlərin sözlərinə görə, daha təsirli yol bədəni sakitləşdirməkdir. Dərin nəfəsalma, meditasiya, fərqindəlik və əzələlərin mərhələli boşaldılması kimi üsullar qəzəbi azaltmaqda daha effektivdir. Hətta yüngül yoqa məşqləri belə nəfəsə və ürək ritminə nəzarət etdiyi üçün daha yaxşı nəticə verib.

Mütəxəssislər vurğulayırlar ki, qəzəb zamanı “partlamaq” deyil, sakitləşməyə üstünlük vermək daha sağlam yanaşmadır. Bu üsul gündəlik gərginliyi və emosional partlayışları idarə etmək üçün sadə və təsirli alternativ hesab olunur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!