“Əsgərimiz istənilən halda Qarabağda olacaq” - Türkiyə Prezidentinin sözçüsü

saytların hazırlanması

Evə çatdırılma

“Əsgərimiz istənilən halda Qarabağda olacaq” - Türkiyə Prezidentinin sözçüsü

Siyasət

22 Noyabr 2020 15:47 1137


“Türkiyə əsgəri istənilən halda Qarabağda olacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalındakı “Özəl Reportaj” proqramında gündəmdəki mövzulara dair sualları cavablandırarkən deyib.

“Danışıqların ilk mərhələsi tamamlandı. Rusiya tərəfi bizim fikirlərimizi öyrəndi. İndi onlara Kremldən lazımi göstərişlər veriləcək. Əsgərlərimiz, müdafiə, xarici işlər nazirlikləri və MİT aparır bu işləri. Qarşıdakı günlərdə əməliyyat üsulları üzərində, harada və necə olacaq, kim hansı işi görəcək mövzularında müzakirələrin tamamlanmasını gözləyirik. Toyuqlu pizza

Türkiyə əsgərləri istənilən halda orada olacaqlar. Biz onsuz da oradayıq. Azərbaycanla olan çox özəl münasibətlərimizə görə hərbi təlim və əməkdaşlıq anlaşmalarımız çox əvvəldən var. Bu mənada, biz onsuz da oradayıq. Qanun layihəsi də qəbul edildi. Müşahidəçi qüvvə olaraq da biz orada olmağa davam edəcəyik”, - deyə İ.Kalın bildirib.

Qalın Ermənistanla orta və uzunmüddətli perspektivdə münasibətlərin düzəlməsinin bütün bölgə üçün müsbət olacağını, bunun ən başda Ermənistanın mənafeyinə olduğunu söyləyib.

Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin vacibliyini qeyd edən İ.Kalın dəhlizin açılmasının ən azı Qarabağın azad edilməsi qədər qiymətli olduğunu vurğulayıb.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!