Qarabağ klanından olan keçmiş prezidentlərin, eks-nazirlərin kütləvi aksiyalar təşkil etməkdə əsas məqsədi onsuz da təhlükəsizliklə bağlı ciddi problemləri olan Ermənistanda daxili vəziyyəti gərginləşdirməkdən ibarətdir.
Yenisabah.az xəbər verir ki, bu sözləri Xankəndidə general Samvel Karapetyanın törətdiyi cinayəti şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib. Hərbi ekspertin sözlərinə görə, revanşistlərin planı bu dəfə öz əlaltılarından istifadə edərək hadisələri Qarabağ istiqmətində yönəltməkdən ibarətdir:
“İqtidarları dövründə Ermənistanı bərbad vəziyyətə qoyan Köçəryan 2008-ci ildə seçkilərin nəticələrini saxtalaşdırmaq yolu ilə Levon Ter-Petrosyanı prezident kürsüsündən məhrum etdikləri kimi, indi də Paşinyanı devirmək istəyirlər. Yenə də əvvəlki kimi erməni xalqına “süd gölü” və “müstəqil Qarabağ” kimi yalançı vədlər verirlər. Guya Paşinyan hakimiyyətdən gedən kimi erməni xalq ağ günə çıxacaq, düşdüyü məğlub durumdan xilas olacaq və hakimiyyətə Qarabağ klanının gələcəyi təqdirdə Ermənistan məğlub ölkədən qalb ölkəyə çevriləcək. Bu yalanlardan həm ermənilər, həm də dünya boğaza yığılıb. İndi isə prosesləri özlərinə yaxın olan insanlar vasitəsilə, o cümlədən Köçəryan və Sarkisyana çox yaxın olan general Samvel Karapetyan vasitəsilə Qarabağ istiqamətinə yönəltmək istəyirlər. Halbuki Ermənistanı bu vəziyyətə gətirilməsində ən böyük xidmətlər məhz Qarabağdan olan rəhbərlərə, xüsusilə də R.Köçəryana, S.Sarkisyana, S.Ohanyana, S.Karapetyana və s. aiddir. Marqarita pizza
Karapetyanın Xankəndidə 4 nəfəri güllələməsi Azərbaycana da proseslərə müdaxilə etmək imkanı verir. Bu günədək üç dəfə soyadını dəyişən və kriminal ətrafa malik Samvel Karapetyanın 1988-ci ildən etibarən soydaşlarımıza qarşı təxribat və terror aktlarının hazırlanmasında iştirakını, 2008-ci ildəki prezident seçkiləri zamanı xüsusi qruplar yaratmasını və onları Prezident Administrasiyası binasının zirzəməsində yerləşdirərək, mülki əhaliyə atəş açılmasına əmr verməsini hamımız yaxşı xatırlayırıq. Bu generalın dayısının Rusiyada Rudolf Oqanov adlı kriminal avtoritet olduğu da hər kəsə məlumdur. Samvel Karapetyanın bütün keçmişi qaranlıq səhifələrdən ibarətdir. Belə bir fiqurların Qarabağda təxribatlar törətməsinin qarşısını almaq üçün dövlətimiz və Ordumuz yetərincə imkanlara malikdir. Odur ki, zərurət yarandığı anda Azərbaycan Ordusu Qarabağda revanşistlər tərəfindən tərədilə biləcək cinayətlərin və təxribatların qarşısını almaq üçün proseslərə birbaşa müdaxilə edə bilər. Azərbaycan Əsgəri Xankəndində asayişi və təhlükəsizliyi təmin etməyə tam hazırdır”.Moderator.az
Telegram kanalımız