Əsirlər qayıtdı, onlar evlərinə, yoxsa hərbi hissəyə göndəriləcək? -   Ekspertdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Əsirlər qayıtdı, onlar evlərinə, yoxsa hərbi hissəyə göndəriləcək? - Ekspertdən açıqlama

Maraqlı

13 Dekabr 2023 16:35 6588


“Onların Azərbaycana qaytarılmasından sonra, təbii ki, ölkənin aidiyyəti strukturları, ilk növbədə, əsirlərimizin hansı şəraitdə Ermənistan ərazisinə keçməsi ilə bağlı genişmiqyaslı araşdırmalar aparacaq”.

Bunu Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bu gün Azərbaycan-Ermənistan sərhədində (Qazax-İcevan) 2 azərbaycanlı hərbi əsir və 32 erməni məhbusun mübadiləsini şərh edib. Marqarita pizza

Xatırladaq ki, Hüseyn Axundov və Aqşin Bəbirov bu ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində Ermənistan ərazisinə keçiblər. 

Onların Azərbaycana qaytarılmasından sonra hərbi xidmətə davam edib-etməyəcəyi ilə bağlı fərqli ehtimallar var.

Ə. Verdiyev bununla bağlı bildirib: “Əsirlərimizin Azərbaycana qaytarılmasından sonra, təbii ki, ölkənin aidiyyəti strukturları, ilk növbədə, onların hansı şəraitdə Ermənistana keçməsi ilə bağlı genişmiqyaslı araşdırmalar aparacaq. Araşdırmaların nəticəsinə əsasən Hüseyn Axundov və Aqşin Bəbirovun hərbi xidməti ilə bağlı qərar veriləcək. 

Böyük ehtimalla, onların hərbi xidmət müddəti başa çatmadığı üçün hərbçilərin yenidən ordu sıralarına qaytarılması gözləniləndir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!