Azərbaycanın Ermənistanda əsir saxlanılan iki hərbçisinin qaytarılması təmin olunacaq.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, əsirlikdə olan 2 hərbçimiz ölkəyə qaytarılacaq. Toyuqlu pizza
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Razılığa əsasən, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikasının 32 erməni hərbçini, Ermənistan Respublikası isə 2 azərbaycanlı hərbçini azad edir.
Telegram kanalımız