Estoniya Ukraynaya 230 milyon avro dəyərində silah tədarük edib

saytların hazırlanması

Evə çatdırılma

Estoniya Ukraynaya 230 milyon avro dəyərində silah tədarük edib

Dünya

06 May 2022 16:42 199


"Ukraynada münaqişə başlayandan bəri Estoniya Kiyevə 230 milyon avro dəyərində silah-sursat tədarük edib".

Yenisabah.az xəbər verir ki, bunu Müdafiə İnvestisiyaları üzrə Dövlət Mərkəzinin rəhbəri Maqnus-Valdemar Saar bildirib.

"Münaqişə başlayandan Ukraynanı həm hərbi, həm də humanitar yardımla dəstəkləməyə davam etdik, həmçinin şəxsi təşəbbüslə Ukraynaya külli miqdarda yardımın göndərilməsini dəstəklədik. Ümumilikdə Ukraynaya Estoniyadan 230 milyon avro dəyərində hərbi yardım gedib”, - Saar Müdafiə Nazirliyində keçirilən mətbuat konfranslarında deyib. Toyuqlu pizza

Saarın sözlərinə görə, Ukraynaya silah-sursat, o cümlədən minaatanlar, tank əleyhinə qumbaraatanlar və idarəolunan tank əleyhinə sistemlər və təkərli zirehli maşınlar, eləcə də hərbi qulluqçular üçün çoxlu sayda texnika gətirilib.

Müdafiə investisiya mərkəzinin rəhbəri qeyd edib ki, Estoniya Ukraynaya kömək etmək üçün əlavə imkanlar axtarır və ona hər hansı başqa yolla dəstək verir:

"Biz Ukraynaya həm tibbi xidmətlər, həm də təlimlərlə dəstək verməyə hazırıq".
Rusiyada


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!