Ev heyvanlarından da koronavirus testi götürülməyə başlandı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ev heyvanlarından da koronavirus testi götürülməyə başlandı - Fotolar

Maraqlı

11 Fevral 2021 13:11 668


Cənubi Koreyanın paytaxtı Seulda ev heyvanlarından da koronavirus testi götürülməyə başlanılıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxtda ev itlərindən və pişiklərdən test üçün nümunələr götürülüb. Heyvanlar çubuqlarla burunlarından yaxma götürülərək test edilib.

İlk yaxma testi verən it sahibi tərəfindən qızdırma və burun axmasına görə baytara gətirilib. Götürülən yaxma Seul Sağlamlıq və Ətraf Mühit İnstitutunun Heyvanların Sanitariya Laboratoriyasına göndərilib. Hazırda laboratoriyanın cavabı gözlənilir. pizza mizza

Səlahiyyətlilər COVİD-19 testi pozitiv çıxan ev heyvanlarının  təcrid olunmasını, yaşlı və uşaqlardan uzaq olacaq şəkildə qulluq edilməsini tövsiyə edib. 

Bundan başqa yoluxmuş heyvana baxan şəxs mütləq maska və əlcək geyinməli, heyvanla hər hansı təmasdan çəkinməlidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!