Əvəz Zeynallıya hökm oxuyan hakim niyə qovulub?

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallıya hökm oxuyan hakim niyə qovulub?

Sosial

18 Sentyabr 2024 09:43 618


Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev məhkəmə sistemindən kənarlaşdırılması barədə məlumat vermişdik.

Gununsesi.info–nun araşdırması zamanı Fərid Əmirəliyevin hakim kimi səlahiyyətlərinə xitam verilməsinin səbəbi bəlli olub.

Məlum olub ki, Fərid Əmirəliyev barəsində Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fəaliyyətinə dair çoxsaylı epizodları əhatə edən araşdırma aparılıb. Toyuqlu pizza

Araşdırma nəticəsində Fərid Əmirəliyevin rüşvət almasına dair məlumatlar da təsdiqini tapıb.

Bundan başqa onun hakim kimi bilə-bilə qanunsuz hökm, qərar və qətnamə çıxarması da öyrənilib.

Ancaq cinayət məsuliyyətinə cəlb edilməyən Fərid Əmirəliyevdən könüllü ərizə yazması istənilib və o, buna dərhal əməl edib.

 Məhkəmə -Hüquq Şurası isə Fərid Əmirəliyevin özünün “müraciətini” əsas tutaraq, onun hakim kimi səlahiyyətlərinə xitam verib.

 Onu da xatırladaq ki, Fərid Əmirəliyev tanınmış jurnalist Əvəz Zeynallı və məşhur vəkil Elçin Sadıqov barəsində həbs-qətimkan tədbirini seçən hakim kimi tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!