Moskvada bir qrup şəxs iki gəncin olduğu avtomobili əvvəlcə odlu silahdan atəşə tutub, sonra isə onları avtomobildən çıxararaq döyüblər. Bununla da kifayətlənməyib, gəncləri bıçaqlayıblar.
"Yeni Sabah" xəbər verir ki, bu barədə kadrlar sosial şəbəkələrdə paylaşılıb.
Şahidlər hadisənin milli mənsubiyyət zəminində baş verdiyini bildiriblər. Hücum olunan şəxslər Tacikistan vətəndaşları olub. pizza
Zərərçəkənlər çoxsaylı bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.
Hücum edənlər hadisə yerindən qaçıb.
Polis hadisə ilə bağlı təhqiqatlara başlayıb. /Oxu.az
Telegram kanalımız