Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Xorvatiya oyununun hakimləri açıqlanıb.
“Yeni Sabah” UEFA-nın saytına istinadən xəbər verir ki, matçı isveçrəli hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Sandro Şerer olacaq. Ona yan xətdə həmyerliləri Stefab De Almeyda və Sladan Josipovic kömək edəcək. Fedayi San isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. pizza hut
Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək matça saat 20:00-da start veriləcək.
Maraq üçün əlavə edək ki, Sandro Şerer bir müddət əvvəl “Qarabağ”ın (Azərbaycan) Avropa Liqasının pley-off mərhələsində “Linfild”ə (Şimali İrlandiya) səfərdə 2:3 hesabı ilə uduzduğu oyunu da idarə etmişdi.
Telegram kanalımız