“Əvvəlcə su xətləri, sonra yollar çəkilməlidir” – Prezidentdən tapşırıq

saytların hazırlanması

Evə çatdırılma

“Əvvəlcə su xətləri, sonra yollar çəkilməlidir” – Prezidentdən tapşırıq

Sosial

01 May 2019 06:11 1140


“İçməli su layihələrinin icrası ilə bağlı deyə bilərəm ki, bu günə qədər 38 şəhərdə bu layihələr başa çatıb. Əvvəlki illərdə su ilə təmin edilməyən 38 şəhərə biz təmiz içməli su xətləri çəkdik ki, suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur”. 

“Yeni Sabah” xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. Ölkə başçısı bildirib ki, bu ilin sonuna qədər əlavə 5 şəhərdə bu layihələr başa çatmalıdır və 12 şəhərdə işlər davam edir. Növbəti illərdə onlar da başa çatacaq.

İ. Əliyev Son illərdə meliorativ tədbirlərin həyata keçirilməsi geniş vüsət aldığını da vurğulayıb: “Biz bir neçə il ərzində yüz minlərlə hektar yeni torpağa su xətləri çəkdik. Bu il biz ən azı əlavə 70 min hektara su xətləri çəkib, orada da meliorativ tədbirləri yaxşılaşdıracağıq. Minimum 1000 kilometr avtomobil yolu çəkilməlidir. Minimum ona görə deyirəm ki, biz ilin əvvəlində bu hədəfi götürmüşdük.  Toyuqlu pizza

Ancaq yerlərdən gələn təkliflər və müraciətlər deməyə əsas verir ki, bu problem hələ də mövcuddur, baxmayaraq ki, 15 min kilometr avtomobil yolu çəkmişik. Ona görə də həm Bakı şəhərində, həm Bakı qəsəbələrində, - bildiyiniz kimi, indi bu işlər geniş vüsət alıb, - və bölgələrdə əlavə tədbirlər görüləcək. Bu proses su xətlərinin çəkilişi ilə uzlaşmalıdır. İlk növbədə, kommunikasiyalar, su xətləri çəkilməlidir, ondan sonra yollar. Yəni, biz bu işləri paralel şəkildə görürük”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!