Əvvəllər insan alverinə görə tutulmuşdu -   İndi də narkotiklə saxlandı

saytların hazırlanması

Evə çatdırılma

Əvvəllər insan alverinə görə tutulmuşdu - İndi də narkotiklə saxlandı

Hadisə

31 Oktyabr 2025 13:08 197


Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Astara rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə "Yeni Sabah"a nazirlikdən məlumat verilib. 

Tədbir zamanı 36 yaşlı əvvəllər insan alveri cinayətlərində təqsirli bilinərək məhkum olunmuş Fəxrəddin Xurşidov saxlanılıb. Ondan 27 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.  pizza sifarişi

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. F.Xurşidovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!