“Əxlaq qaliblər üçün sonradan yazılır” -   Nazirliyin kitab təbliğatı qalmaqal yaratdı...

saytların hazırlanması

Evə çatdırılma

“Əxlaq qaliblər üçün sonradan yazılır” - Nazirliyin kitab təbliğatı qalmaqal yaratdı...

Sosial

14 Yanvar 2026 10:18 1104


Bir neçə gün əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) əməkdaşları üçün təlim keçirilib.

“Kitab saatı” layihəsi çərçivəsində keçirilən görüşün məqsədi nazirlik əməkdaşlarının şəxsi inkişafını dəstəkləmək olub və görüşdə Robert Qrinin “Hakimiyyətin 48 qanunu” kitabı müzakirə olunub. Görüşdə Nazirliyin Aparatı və tabeli qurumların əməkdaşları iştirak edib.

“Yeni Sabah” bildirir ki, təlimdə müzakirə olunan “Hakimiyyətin 48 qanunu” kitabı sosial şəbəkələrdə ciddi tənqid olunub. Səbəb kifayət qədər əsaslıdır. Bu 48 qanun əsasən insanları aldatmaq, manipulyasiya etmək taktikalarını öyrədir. Sezar pizza

Görüşün moderatoru Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin inkişaf strategiyası üzrə müşaviri Rəşad Bayramov olub. O, bu haqda sosial şəbəkə hesablarında paylaşımlar da edib.

Bəs bu kitab insanlara nəyi təbliğ edir? Bəzi “qanunlar”ın başlıqlarını təqdim edək, bəzi sitatlar təqdim edək, bilməyənlər üçün də aydın olsun.

Başlıqlar:

-  Dostlara həddindən artıq güvənmə, düşmənlərdən istifadə etməyi öyrən

-  Niyyətlərini gizli saxla

-  Başqalarının sənin üçün işləməsinə nail ol, nəticəni öz adına yazdır

-  İnsanları sənə möhtac olmağa məcbur et

-  İnsanların sənə ehtiyac duymasını təmin et

-  Kömək istəyəndə mərhəmətə yox, marağa müraciət et

-  Dost kimi davran, casus kimi iş gör

-  Düşməni tam məhv et

-  Seçimi sən et, başqaları sənin oynadığın oyunda qalsın

-  Hər kəsin zəif nöqtəsini tap

-  Suları qarışdır ki, balıq tutasan

-  Heç vaxt həddindən artıq mükəmməl görünmə...

Sitatlar

Əxlaq qaliblər üçün sonradan yazılır.

Hakimiyyətdə və tarixdə əxlaq anlayışı sabit deyil. Qalib gələn tərəf sonradan öz hərəkətlərinə haqq qazandırmaq üçün əxlaq anlayışını yenidən formalaşdırır. Dünən qəddar, amansız və qəbuledilməz sayılan davranışlar, bu gün “zəruri”, “strateji” və ya “dövrün tələbi” kimi təqdim olunur. Uduzanlar günahlandırılır, qaliblər isə davranışlarının mənəvi çərçivəsini özləri cızır. Bu səbəbdən güc mübarizəsində əxlaq çox vaxt yol göstərən prinsip yox, nəticədən sonra yazılan bəraət sənədinə çevrilir.

Qorxu hörmətdən daha davamlıdır.

Hakimiyyət münasibətlərində hörmət dəyişkən və kövrəkdir, çünki o, insanların iradəsinə və hisslərinə bağlıdır. Qorxu isə daha sabitdir – o, instinktdən qaynaqlanır və asanlıqla sarsılmır. İnsanlar hörmət etdikləri şəxsə arxa çevirə, onu unuda və ya ona qarşı çıxa bilərlər, amma qorxduqları gücdən uzaqlaşmaq üçün cəsarət tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən hakimiyyəti qorumaq istəyənlər üçün qorxu, rəğbət və sevgidən daha etibarlı alət kimi təqdim olunur. Çünki qorxu itaəti təmin edir, hörmət isə yalnız uyğun şəraitdə mövcud olur.

Və digər frazalar...

İnsanlara həqiqəti yalnız onları aldatmağa yarayanda göstər.

Rəqibini yaralı buraxma – sağ qalsa, qisas alacaq.

Başqalarının zəhmətindən istifadə et, amma minnət göstərmə.

Səmimilik güvən yaratmaq üçündür, doğruluq üçün yox.

İnsanları sənə möhtac et ki, azad ola bilməsinlər.

Zəif nöqtəni tap – insanı idarə edən məhz oradır.

Dost maskası casusluq üçün ən təhlükəsiz sığınacaqdır.

Öz əllərini təmiz saxla, çirki başqalarına gördür.

İndi sual olunur: Rəsmi dövlət qurumunun əməkdaşlarına bu prinsipləri təbliğ edən bir əsəri aşılamaqda məqsəd nə ola bilər?!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!