“Əxlaqsız videosu...” -   Afət Aqşin barədə yazdı

saytların hazırlanması

Evə çatdırılma

“Əxlaqsız videosu...” - Afət Aqşin barədə yazdı

Şou

30 May 2019 12:56 1472


Bir neçə gün öncə aralarında qalmaqal yaşayan müğənni Afət Fərmanıqızı ilə meyxanaçı Aqşin Fateh barışıb.

"Yeni Sabah"ın məlumatına görə, bu barədə Afət bildirib: “Aqşin bəylə problemimizi öz aramızda həll etdik. Bir-birimizdən üzr istəmədik. Onun dediklərinə aydınlıq gətirdik. Aqşin bəy müğənniliyə ləkə gətirənləri və əxlaqsız videoları yayılanları nəzərdə tutub. Sözlərinin hər kəsə aid olmadığını dedi. Mən də onun fikirləri ilə razılaşıram, bir daha bu məsələyə qayıtmıram. Bu məsələdə Aqşin bəyi daha yaxından tanıdım. Sərt danışdığım üçün utandım. Artıq bu məsləyə son qoyduq”.

Qeyd edək ki, meyxanaçı Aqşin Fateh müğənnilər haqqında bu sözləri demişdi: "Müğənnilərin 90 faizi bilinmir nədir: nə ətdilər, nə balıq. Hərənin bir baxış tərzi var. 85 faizi yeməyini, maşınını, bağını İnstaqramda reklam edir. Hamiləni, kasıbı, acı, aşağı səviyyədə yaşayan insanları nəzərə almırlar. Demirlər ki, bu gün özümü göstərirəm, kimsə baxıb deyər, bəxtəvər bunun başına. Dördpendirli pizza

Elə pozğun müğənnilər var ki, onların lüks həyatı, geyimi, maşını, şəraiti uşaqlara təsir edir. Körpə baxıb düşünür ki, belə evdə yaşamaq, bahalı maşın sürmək, imkanlı olmaq üçün həmin müğənni kimi etməliyəm. Çoxları müğənniyə baxıb ibrət götürür".

Afət isə ona cavab olaraq sosial şəbəkədə avtomobili ilə fotosunu paylaşaraq ona cavab vermişdi: “Bu maşını Namiq Qaraçuxurlu, Ədalət Şükürov, Manaf Ağayev və başqaları necə alıbsa, məndə də o cür olub. Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, pozğun adlandırırlar.

Hünəri çatırsa ad çəksin, ümumi danışıb bu sənəti gözdən salmasınlar. Kişi kişi ilə savaşar. Yoxsa ona-buna söz ataraq meyxana adına ləkə gətirməz. Gedin Ağamirzədən, Kərimdən kişilik öyrənin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!