“Əxlaqsızlıq videolarının paylaşımı fahişəliyin inkişafına təsir edir” - Kriminalist

saytların hazırlanması

Evə çatdırılma

“Əxlaqsızlıq videolarının paylaşımı fahişəliyin inkişafına təsir edir” - Kriminalist

Sosial

03 Aprel 2019 18:10 1198


“Bəzi yaşayış obyektlərinin ətrafında əxlaqsızlıq təbliğ olunur və getdikcə adi hal alır. Hər şey cəmiyyətin mövcud yaşam tərzinin bu və ya digər formada təzahürüdür. Biz nə vaxt əxlaqsızlıq yuvalarına, pritonlara qarşı geniş mübarizə apardıq ki, indiki nəticədən də təəccüblənək?”. Bu sözləri sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli demişdi. Bu baxımdan son günlər cəmiyyətdə əxlaqsız videoların paylaşımı gündəm məsələyə çevrilib.  Bunu tənqid edənlər kifayət qədərdir. Sosial şəbəkələrin sərhədsiz olması, istənilən paylaşımların edilə bilməsi istər-istəməz qınaq obyekti olur.

Mövzu ilə bağlı keçmiş kriminalist Mahmud Hacıyev “Yeni Sabah”a açıqlamasında deyib ki,  əxlaqsızlıq yuvaları, pritonlar əvvəllər də mövcud olub:

“Sovetlər dönəmində mütəmadi olaraq istər fahişəlik, istəsə də narko pritonlara qarşı mübazirə aparıblar.  Həyatda inzibati xətalar, cinayət tərkibli əməllər də olur. Hamının düşüncəsi, mentaliteti eyni səviyyədə deyil. İndi də hüquq mühafizə orqanları, polislər bu istiqamətdə işlər görürlər, tədbirlərini həyata keçirirlər. Binaların zirzəmilərində nadir hallarda bu cür əxlaqsızlıq yuvalarına rast gəlmək olur. Həmin zirzəmilərdə daha çox bomjlar, alkoqola meylli insanlar yaşayır. Yoxsa zirzəmidə priton olsun, qadınlar ora yığışsın – bu, ağlagələn şey deyil. Priton hökmən zirzəmilərdə olmalıdır deyə bir şey yoxdur”. pizza hut

M.Hacıyev qeyd edib ki, əgər belə hallar varsa, vətəndaşlar polisə müraciət edir və müəyyən tədbirlər görülür:

“Adətən əxlaqsızlıq yuvalarına ev şəraitində rast gəlinir. Lakin biz priton saxlamırıq ki, deyək ölkədə mübarizə bu cür gedir. Qiymət vermək bizlik deyil. Bu sahə başlı-başına buraxılmayıb. Sosial şəbəkələrdə əxlaqsızlıq videolarının yayılması təbii ki, bu sahənin dırnaqarası da olsa inkişafına təsir edir.  Lakin yayılan bu videoların qarşısını necə almaq olar? Texnologiya ilə mübarizə aparmaq mümkün deyil. İnsan mürəkkəb xarakterli məxluqdur. Tərbiyəlisi var, tərbiyəsizi var..O baxımdan videolar paylaşırlar”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!