Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

Siyasət

17 Fevral 2026 16:11 1017


Beyləqan Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Eldəniz Əliyev RİH-in Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub. Dördpendirli pizza

Qeyd edək ki, Eldəniz Əliyev Əziz Əzizovun yaxın kadrı kimi tanınır. O, əvvəllər Əziz Əzizovun Suraxanı RİH-in başçısı olduğu dövrdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, sonra isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, 62 yaşlı Ə.Əzizov 20 ildir icra başçısı vəzifəsində çalışır. O, 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə Yasamalın, 2019-2024-cü illərdə Suraxanının icra başçısı vəzifəsində işləyib. 2024-cü ildən isə Beyləqanın icra başçısıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!