“Facebook“ və “Instagram“ qapadılacaq? - “Meta“dan qərar

saytların hazırlanması

Evə çatdırılma

“Facebook“ və “Instagram“ qapadılacaq? - “Meta“dan qərar

Rəqəmsal

08 Fevral 2022 11:26 1440


“Meta” şirkəti Avropa İttifaqında “Facebook” və “Instagram”ın bağlanması ssenarisini nəzərdən keçirir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Meta”nın ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi hesabatda deyilir.

Buna səbəb kimi isə Aİ-də yeni qanunun qəbulundan sonra “Meta” şirkətində yaranan problemlərdir. Qanun məlumatların yalnız Avropa serverlərində saxlanmasını və işlənməsini nəzərdə tutur. pizza

Qeyd edək ki, "Meta" ABŞ və Avropada öz məlumatlarını sadəcə emal edir.

““Meta” Aİ-nin yeni qaydalarını “Facebook” və “Instagram” sosial şəbəkələrinin işinə təhlükə kimi qiymətləndirir. Transatlantik məlumat ötürmə sistemi olmadığı təqdirdə şirkət Avropa bazarını tamamilə tərk edə bilər”, - deyə hesabatda qeyd olunub.

Xatırladaq ki, “Meta”nın vitse-prezidentlərindən biri olan Nik Kleq bununla bağlı bildirib ki, yeni qaydaların təkcə internetin “mənzərəsi” üçün deyil, həm də sosial şəbəkələr mexanizmlərinə arxalanan biznes sahibləri üçün fəlakətli nəticələr gətirə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!