“Facebook”da bunu etsəniz, pul qazana bilərsiniz -   YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

“Facebook”da bunu etsəniz, pul qazana bilərsiniz - YENİLİK

Dünya

26 Noyabr 2019 16:54 1115


"Facebook" sosial şəbəkəsi araşdırma və sorğularda işatirak edən, eləcə də tapşırıqları yerinə yetirəcək istifadəçilərə pul ödəyəcək Viewpoints tətbiqetməsini təqdim edib. 

"Yeni Sabah" xəbər verir ki, Amerika şirkəti bununla da "Facebook"un və onun köməkçi xidmətləri olan İnstaqram, Votsap, Portal və Okulusun yaxşılaşdırılması üçün qarşılıqlı əlaqə yaratmaq istəyir.

Hələ ki, bu təklif yalnız ABŞ-da 18 yaşdan yuxarı olanlar üçün aktivdir. Sorğudan keçmək üçün iştirakçı Feysbuk hesabına sahib olmalı və özüylə bağlı məlumatları: adı, doğum tarixi, cinsi, ölkə və elektron poçt ünvanını anketə doldurmalıdır. Hər araşdırmada iştiraka görə xallar veriləcək, lazım olan məbləği toplayandan sonra isə ödəniş PayPal hesabınıza keçiriləcək.  Dördpendirli pizza

Sosial şəbəkənin nümayəndələri qeyd edib ki, onlar istifadəçinin məlumatlarını üçüncü tərəfə satmağı planlaşdırmır.

Xidmətin 2020-ci ildə digər ölkələr üçün də əlçatan olması planlaşdırılır. /qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!