“Facebook”un fəaliyyətində yenidən problem yarandı

saytların hazırlanması

Evə çatdırılma

“Facebook”un fəaliyyətində yenidən problem yarandı

Rəqəmsal

15 Dekabr 2021 23:20 2335


Dünyanın müxtəlif ölkələrində "Facebook" istifadəçiləri sosial xidmətin fəaliyyətində nasazlıq olduğunu bildiriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətində nasazlığı izləyən “Downdetector” saytı məlumat yayıb.

Sosial şəbəkənin fəaliyyətində nazaslıqlar haqqında ilk məlumat Bakı vaxtı ilə təxminən saat 19:00-da yayılıb. Saat 22:00-a qədər isə şikayətlərin sayı xeyli artıb. Həmçinin, messencerdə də bir sıra nasazlıqlar yaranıb. pizza sifarişi

Əsasən ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya və digər ölkələrdən olan sosial şəbəkə istifadəçiləri nasazlıqdan şikayətlənir. İstifadəçilər daha çox öz hesablarına daxil olmaqda, həmçinin veb-saytın və sosial şəbəkə tətbiqinin işində problemlərlə üzləşiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!