Fahişələrlə əylənən ərəblərin başına oyun gəldi – Bakıda

saytların hazırlanması

Evə çatdırılma

Fahişələrlə əylənən ərəblərin başına oyun gəldi – Bakıda

Kriminal

06 Avqust 2019 14:01 1238


Səudiyyə Ərəbistanı vətəndaşları quldur basqınının qurbanı olublar.

“Yeni Sabah” xəbər verir ki, bu barədə oxu.az-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.

Üç naməlum şəxs avqustun 5-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsində yerləşən 94 nömrəli evdəki mənzilə girib. Mənzili Səudiyyə Ərəbistanı vətəndaşları - 1998-ci il təvəllüdlü Əlibaba Əli Həsən və onun həmyaşıdı Əlsaəəd Məhəmməd Əbdülrahim kirayəyə götürüblərmiş. Basqın zamanı əcnəbi turistlər yerli fahişələrlə eyş-işrətlə məşğul olduqlarına görə cinayətkarların gəlişi onlar üçün gözlənilməz olub. Dominos pizza

Cinayətkarlar ərəblərdən 1500 manat və 5 ədəd bahalı mobil telefon götürüblər. Sonra basqın edənlərdən ikisi Əlibaba Əli Həsən ilə mənzildən çıxaraq Puşkin küçəsindəki “Bank of Baku” bankomatına gediblər. Ərəbin kartından 200 manat çıxaran kişilər hadisə yerinə qayıdıblar. Onlar burada turistləri yapışqanlı lentlə bağlayaraq hadisə yerindən qaçıblar.

Məlumata görə, turistlərin əyləndikləri qız soyğunçularla əlbir olub. Çünki o, cinayətkarların mənzilə səssiz-səmirsiz daxil ola bilmələri üçün qapını açıq saxlayıb.

Qeyd edək ki, əməliyyatçılar artıq şübhəlilərin izinə düşüblər. Hazırda onların aşkar edilərək saxlanılması üzrə iş aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!