Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik geniş müzakirə olunub.
Deputat Qüdrət Həsənquliyev deyib ki, prezidentin fərmanına əsasən, yeni iqtisadi məhkəmə gömrük, vergi, sığorta ödənişləri kimi məsələlərə baxmalı idi. Lakin yenə də gömrük və vergi məsələlərinə inzibati məhkəmələr baxacaq: “Deməli, yeni bir dəyişiklik olmayacaq. Niyə vergi, gömrük, məcburi dövlət sığortasına kommersiya məhkəmələri baxmasın?
Kommersiya mübahisələrinin də əhatə dairəsi dəqiqləşdirilməlidir. Deməli, sahibkarlar bundan sonra həm ümumi məhkəmələrə, həm inzibati məhkəmələrə, həm də kommersiya məhkəmələrinə müraciət edəcək. Niyə 3 məhkəməyə müraciət olmalıdır? Bütün bu məsələlərə bir məhkəmə – kommersiya məhkəməsi baxmalıdır”. Toyuqlu pizza
Q.Həsənquliyev qeyd edib ki, yeni məhkəmə yaradıldığı üçün onun adı kommersiya məhkəmələri də ola bilər: “Ancaq kommersiya məhkəmələri sahibkarlıqla bağlı bütün məsələlərə baxmalıdır. İnanıram ki, növbəti oxunuşa qədər bu məsələyə baxılacaq”.
Q.Həsənquliyev bildirib ki, yaradılan yeni kommersiya məhkəməsi prezidentin imzaladığı fərmanının 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələri həll etmir: “Yəni faktiki surətdə bu, prezidentin fərmanının icrası deyil. Əslində nə baş verir? Azərbaycan Respublikası prezidentinin 17 iyun 1999-cu ildə yerli iqtisad məhkəmələrinin yaradılması haqqında fərmanı olub. 17 iyun 2010-cu ildə isə iqtisad məhkəmələri İnzibati İqtisad məhkəmələrinə çevrilib. Yəni inzibati məhkəmələrlə iqtisad məhkəmələri birləşdirildi. İndi faktiki surətdə biz bunları ayırırıq. Real baş verən əslində budur. İqtisad məhkəmələrinin də adını dəyişib kommersiya məhkəməsi qoyuruq. Amma mahiyyət etibarilə ciddi bir dəyişiklik baş vermir. Əslində, fərman ona görə imzalanmışdı ki, yeni yaradılacaq ixtisaslaşmış məhkəmə - birbaşa qeyd olunurdu - gömrük, vergi və məcburi dövlət sığortası ilə bağlı mübahisələri həll etmiş olsun”.
Deputat qanun layihəsinə əlavə və dəyişikliklər təklif edib: “Söhbət müraciətin asanlaşdırılmasından gedir. Yəni sahibkar bir ünvan tanımalıdır. Amma burada nə baş verir? Əvvəllər sahibkar bəzi mübahisələr üzrə ümumi məhkəmələrə və İnzibati İqtisad Məhkəməyə müraciət edirdi. İndi artıq bu məhkəmələrin sayı 3 oldu. Deməli, sahibkarlar həm ümumi məhkəmələrə, həm inzibati, həm də kommersiya məhkəmələrinə müraciət edəcəklər. Burada asanlaşdırımadan söhbət getmədi ki. Biz əslində sahibkarların üz tutacağı ünvanların sayını ikidən üçə qaldırdıq. Ona görə də sahibkarlıq fəaliyyəti ilə bağlı bütün mübahisələrə yeni yaradılan kommersiya məhkəmələrində baxılmalıdır”.
Telegram kanalımız