Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir

saytların hazırlanması

Evə çatdırılma

Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir

Dünya

30 Mart 2026 21:36 509


Fars körfəzi ölkələri fevralın 28-dən etibarən təxminən 2.4 min ədəd antiballistik raket sərf edib.

"Yeni Sabah" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu rəqəm Yaxın Şərqdə gərginlik başlamazdan əvvəlki ehtiyatlara yaxın səviyyədədir.

Agentliyin məlumatına əsasən, İran müharibə başlayandan bəri körfəz ölkələrinə qarşı təxminən 1.2 min ədəd ballistik raket və 4 min ədəd "Şahed" pilotsuz uçuş aparatı buraxıb. Dördpendirli pizza

Qeyd edilir ki, sərf edilən antiballistik raketlərin böyük əksəriyyəti "Patriot PAC-3" və "GEM-T" tipli raketlərdir. Körfəz ölkələrinin müharibədən əvvəl bu raketlər üzrə ehtiyatları 2.8 min ədəddən az olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!