Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa paytaxt Bakıdakı tıxac problemi ilə bağlı dövlət qurumlarını sərt tənqid edib.
“Yeni Sabah” xəbərinə görə, deputat bildirib ki, dövlət qurumları hazırda bütün Azərbaycan vətəndaşlarının, xüsusən Bakı sakinlərinin zülm çəkdiyi tıxac probleminin həllində aciz qalıb. Onun sözlərinə görə, yol infrastrukturu düzgün qurulmayıb və problemlə bağlı hər hansı konsepsiya ortaya qoyulmayıb.
Fazil Mustafa tıxac probleminin həlli istiqamətində şəffaf tender keçirilməsini təklif edib. pizza hut
Ətraflı videoda:
Telegram kanalımız