Fədayə Laçınla birlikdə həbs edilən polkovnik azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Fədayə Laçınla birlikdə həbs edilən polkovnik azadlığa çıxdı

Kriminal

16 Oktyabr 2019 15:01 1041


Dustaqların qaçmasına görə həbs edilən polkovnik azadlığa çıxıb.

"Yeni Sabah" Musavat.com-a istinadən xəbər verir ki, səs-küylü işə görə həbs edilən Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev oktyabrın 5-də azadlığa buraxılıb.

2017-ci ildə həbs edilən polkovnik cəzasının 2/3 hissəsini çəkdiyi üçün azadlığa buraxılıb. Polkovnik 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Dominos pizza

Bəhruz Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə ötən ay polkovnikin cəzasını 3 ilə endirmişdi.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağami dustaqları daşıyan vaqondan qaçmışdılar.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) dustaqlara kömək etdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdu. Bəhruz Abdullayev və daha bir neçə nəfər də bu işə görə həbs edilmişdi.

Bildirək ki, keçirilən əməliyyatla Etibar Məmmədov polis əməkdaşları ilə girdiyi silahlı atışmada məhv edilmişdi. Əli Ağami isə saxlanılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!