Türkiyə Super Liqasında IV tur başa çatıb.
"Yeni Sabah" xəbər verir ki, bu gün turun son matçı baş tutub.
Çempionatın sürpriz lideri “Alanyaspor” “Fənərbaxça”nı qəbul edib. Bu matçadək uduzmayan sonuncular qələbə ilə liderliyə yüksəlmək imkanından yararlana bilməyib. Pepperoni pizza
Hesabı qonaqlar açsalar da, Alanya təmsilçisi 3 qol vuraraq qələbə qazanıb. Bu, liderin ardıcıl 4-cü qalibiyyəti olub.
Qeyd edək ki, tura sentyabrın 16-da yekun vurulacaq.
Türkiyə Super Liqası
IV tur
16 sentyabr
“Alanyaspor” – “Fənərbaxça” – 3:1
Sisse, 45, 46, Fernandes, 62 – Tolqa, 39
Telegram kanalımız