Keçmiş futbolçu və idman şərhçisi Tümər Mətin “Fənərbaxça”nın evində “Kayserispor” qarşılaşmadan 3-3 bərabərlik əldə etməsi və 2 xal itirməsini dəyərləndirib. O, “Qalatasaray”la xal fərqinin 5-ə yüksəlməsini çempionluğun itirilməsi sayır.
Yenisabah.az xəbər verir ki, Tümər əldə olunan qeyri-stabil nəticələri rəhbərliyin fəaliyyəti ilə əlaqələndirib. O, Əli Koç və Acun Ilıcalının istefa verməli olduğunu bildirib.
Tümər Mətin 2007-2009-cu illərdə “Fənərbaxça”da çıxış edib. Məşhur futbolçunun “Beşiktaş”dan əzəli rəqib “Fənərbaxça”ya keçidi “qara qartal”lar üçün hələ də aqressivliklə qarşılanır. Dördpendirli pizza
Telegram kanalımız