“Fənərbaxça“nın sabiq futbolçusu “Sabah“da   - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbaxça“nın sabiq futbolçusu “Sabah“da - Rəsmi

İdman

13 İyul 2022 17:50 891


Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir keçidi reallaşdırıb.

Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, seneqallı futbolçu Abdulaye Ba bundan sonra komandamızın uğurları üçün çalışacaq. Mərkəz müdafiəçisi ilə bağlanmış müqavilənin müddəti 1+1 ildir.

Ba karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022), “Aroka” (2021/22), İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbağça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında çıxış edib. O, Seneqal millisinin heyətində 6 oyun keçirib. Toyuqlu pizza

Abdulaye “Sabah”da 13 nömrəli formada çıxış edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!