“Fərqimiz budur” - Rafael İsgəndərov oğlu ilə eyni filmdə - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Fərqimiz budur” - Rafael İsgəndərov oğlu ilə eyni filmdə - Foto

Şou

02 Oktyabr 2019 10:25 4095


 “Filmimizi təhvil vermişik. Adı “Şabaş”dır, noyabrda – konsertlərimizdən sonra nümayiş olunacaq”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri axşam.az-a Əməkdar artist Rəfael İsgəndərov deyib.

O söyləyib ki, ekran işi komediya janrındadır: pizza

“Baş rollarda mən və Coşqun Rəhimodur. Filmə Peşəkar teatr aktyorları və professional müğənnilər dəvət olunub. Çəkilişlər Bakıda olub. Ramazana düşdüyü üçün bir az çətinlik oldu, amma komanda işinin öhdəsindən gəldi”.

“Filminiz digərlərindən nə ilə fərqlənəcək” sualına isə aktyor belə cavab verib:

“Bunu tamaşaçı deyəcək. Onu deyə bilərəm ki, ailə ilə baxılası film çəkmişik. Bizdə söyüş, söyüşə işarə yoxdur. Fərqimiz budur”.

R.İsgəndərov oğlu Fuadla ilk dəfə kamera qarşısına keçdiyini deyib:

“Oğlum da bu filmdə, epizodda çəkilib. Dəvəti isə mən etməmişəm. Onun da nə dərəcədə istedadlı olub-olmamağını deyəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!