Fevraldan pensiyalar artırılır: Büdcəmizə nə qədər pul gələcək? - Video

saytların hazırlanması

Evə çatdırılma

Fevraldan pensiyalar artırılır: Büdcəmizə nə qədər pul gələcək? - Video

Sosial

10 Yanvar 2024 01:38 1978


Yeni ilin ilk günlərində ictimaiyyəti maraqlandıran suallardan biri də 2024-cü ildə pensiyaların nə qədər artacağı ilə bağlıdır.

Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq Sərəncamı ilə indeksləşdirilərək artırılır.

Proses ötən ildəki orta əməkhaqqı artımına uyğun həyata keçirilir. Bəs 2024-cü ildə pensiyalar nə qədər artacaq? Marqarita pizza

İqtisadçı Vüqar Bayramov pensiyaların 11 faiz artırılacağını deyib. O bildirib ki, bu, əmək pensiyası alan bütün vətəndaşları əhatə edəcək:

“Əgər vətəndaş 500 manat alırsa, bu məbləğ orta hesabla 11 faiz indeksasiya olunaraq artırılacaq, yəni 55 manat artacaq. Daha dəqiq artım faizi fevral ayının əvvəllərində bəlli olacaq”.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!