Fəxriyyə Xələfova Şuşada film çəkir - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Fəxriyyə Xələfova Şuşada film çəkir - Fotolar

Mədəniyyət

16 Dekabr 2022 17:20 2213


Tanınmış modelyer Fəxriyyə Xələfova da Şuşaya yollanıb.

Yenisabah.az-a danışan Əməkdar incəsənət xadimi Şuşada film çəkilişi ilə məşğuldur:

“Dövrünün parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyətlərindən biri olan Xurşidbanu Natavanın həyat və yaradıcılığından bəhs edən filmin çəkilişi üçün doğma Şuşaya yollanmışdıq. Azərbaycan qadının parlaq nümunəsi Xan qızı Xurşidbanu Natəvan obrazı mənə təklif olunanda sevinc və qürur hissi ilə qəbul etdim. Toyuqlu pizza

Filmdə məqsədimiz Qarabağ hadisələrini, mənfur düşmənlərin vandallığı, vəhşiliyini, tarixi  abidələrimizin, şəhər və kəndlərimizin  darmadağın edilərək təcavüzə uğramasını ictimaiyyətə və gələcək nəslə çatdırmaqdır.

Araşdırmalar zamanı Xan qızı haqqında bir çox qeyri-rəsmi məlumatları əldə etdik. Çəkiliş zamanı Natəvanın evə daxil olanda böyük risklə qarşılaşmağı nəzərə almışdım. Böyük dağıntılara məruz qalmış evin anidən uçulub-dağılmasından heç kim sığortalanmayıb.

Buna baxmayaraq, heç vaxt çəkiliş aparılmayan evinin içərisindən görüntüləri çəkdik”.

Qeyd edək ki, Xurşidbanu Natavanın həyat və yaradıcılığından bəhs edən filmin çəkilişləri artıq bitmək üzrədir. Filmin layihə rəhbəri və baş məsləhətçisi rəssam-modelyer Fəxriyyə Xələfovanın özüdür.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!