Fəzail Ağamalının dəfn vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalının dəfn vaxtı açıqlandı

Siyasət

10 Fevral 2026 08:14 2016


Ötən gün vəfat edən Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının dəfn tarixi açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, onun qızı, millət vəkili Günay Ağamalı bildirib ki, Fazail Ağamalı ilə vida mərasimi 10 fevral saat 12:00-da Heydər Məscidinin qarşısında baş tutacaq.

Dəfndən sonra Heydər Məscidində hüzr mərasimi təşkil olunacaq. 3–7 mərasimi 12 fevral, saat 11:00–15:00 aralığında Heydər Məscidində keçiriləcək. Dördpendirli pizza

G. Ağamalı həmçinin onlara başsağlığı verən insanlara təşəkkür edib: “Atam, Azərbaycan siyasətində və ictimai həyatında özünəməxsus yeri olan Fazail Ağamalının vəfatı ilə bağlı ünvanladığınız başsağlığı mesajları, zəngləriniz, ziyarətləriniz ailəmiz üçün böyük təsəllidir. Hər birinizə minnətdarlığımızı ifadə edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!