FHN-ə şok ittihamlar: “Onlar yanğını söndürmürdü, şou göstərirdilər...”

saytların hazırlanması

Evə çatdırılma

FHN-ə şok ittihamlar: “Onlar yanğını söndürmürdü, şou göstərirdilər...”

Kriminal

04 Aprel 2019 00:19 1192


Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən geniş Kollegiya iclasında martın 26-da Bakı şəhərinin Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi müzakirə edilib.

İclasda “Diqlas” Ticarət Mərkəzinin rəhbərliyinə qanun pozuntusu ilə bağlı dəfələrlə xəbərdarlıq olunduğu diqqətə çatdırılıb.

Məsələ ilə bağlı “Diqlas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov Modern.az-a açıqlamasında ittihamlara cavab verib: “Diqlas Ticarət Mərkəzinin rəhbərliyi xəbərdarlığa məhəl qoymayıbsa, niyə Fövqəladə Hallar Nazirliyi gəlib qapını bağlamırdı?! Niyə fəaliyyət göstərməyimizə icazə verirdilər?! Niyə hər il elektrik naqillərinin aktı üçün 250 manat tələb edirdilər?! Onlar nəzarət edib aktı imzalayıb bizə təhvil verirdilər. Çünki hər şey saz vəziyyətdə idi. Onların həyata keçirdiyi bütün proseslər, yoxlamalar zamanı hər şey qaydasında olub. Niyə yanğından sonra məsuliyyəti üzərlərindən atırlar?! Hər dəfə gələndə balonların dolu olması, təxliyə planını xüsusi yoxlayırdılar. Bunlar yox idisə niyə işləməyimizə icazə verirdilər?! pizza hut

Hazırda anbarda yanmayan malları çıxarmaqla məşğuluq. Həmin mərtəbədə iki ədəd 20 tonluq çən var, hansı ki, fövqəladə hallar zamanı istifadəsi üçün nəzərdə tutulub. Balonlardan tutmuş təxliyyə planına qədər hər şey var idi. Hətta ədədi 50 manatdan ödsöndürən satmışdılar bizə, guya yanğın harada varsa, ora tətbiq edəndə partlayır və ərazini tutur”.

Ticarət Mərkəzinin rəsmisi yanğınsöndürənlərin hadisəyə laqeyd yanaşdıqlarını vurğulayıb: “Yanğın baş verən kimi FHN-ə zəng etdik. Niyə bir köpük gətirib odun üstünə atmadılar ki, sönsün?! Bunların hamısı sadə şeylərdir və cavab tələb olunur. İndi “Dəfələrlə müraciət etmişik” deyirlər. Kimə müraciət ediblər?!”

A.Rəhimov yanğının təxribat olmadığına əminliyini ifadə edib: “Əlimizdə videogörüntülər var, prokurorluğa da təqdim edilib. 07:20-də razetkada kiçik qısaqapanma baş verir. Həmin vaxt işdə heç kim olmayıb. Yəni işdə kimsə olsaydı, dərhal söndürərdi. FHN-nin maşını gələn kimi yanğına 1 vedrə miqdarına su tökən kimi suyu qurtarır. İkinci yanğınsöndürən maşın 40 dəqiqə sonra, yanğın genişlənəndə gəlir.

İndi məsuliyyəti boyunlarından atırlar. “Kainat” İnşaat Mallarının qarşısında kameralar var. O görüntüləri izləyən bilir ki, FHN-nin əməkdaşları obyektə hansı formada yanaşıblar. Ticarət Mərkəzini Rasim Məmmədovla ortaq işlədirik. Biz obyektin sahibi deyilik, idarə edənlərik. İndi çox adam çox söz deyə bilər. Bəzəkli-düzəkli ittihamlar səsləndirməklə deyil ki! Fakt var, görüntülər var. Fövqəladə Hallar nazirliyi “Diqlas”da şou göstərdi, yanğını söndürmədi. Bu da məqsədli idi. Hamı da bunu gördü.

Alkapon elə benzinə bərabər materialdır. Binaya təhvil-təslim aktı veriləndə Fövqəladə Hallar Nazirliyi baxıb görmədimi ki, bu tezalışan materialdır? Niyə təhvilə buraxdılar? İkincisi, alkaponu ancaq köpüklə söndürmək mümkündür. Su tökdükcə yanğına kömək edir. Yanğın zamanı isə bir dənə də olsun köpük maşını gəlmədi”.

Direktor müavini dövlət orqanlarının araşdırma apardığını qeyd edib: “Hazırda ancaq siyahıların hazırlanması, anbarlardakı malların çıxarlaraq ticarətçilərə təhvil verilməsi, onların ayrı-ayrı ticarət obyektlərində yerləşdirilməsilə məşğuluq. Yanan obyektləri təmizləyirik ki, yolu açaq. Obyekti, malı yananlarla dəfələrlə görüşmüşük. Onlar yerləşdirildikləri obyektlərdə 5 ay müddətinə icarəhaqqı ödəmədən çalışacaqlar. Hazırda kimə nə qədər zərərin dəyməsilə bağlı siyahı dəqiqləşdirilir. İnanın ki, mərkəzdə yeri olmayanlar da gəlib “filan qədər malım yanıb” deyir. Amma təbii ki, biz hamını tanıyırıq. Burada kimlərin fəaliyyət göstərdiyini də gözəl bilirik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!