FHN əməkdaşları toyda dava salıb –   Həbs olunan var

saytların hazırlanması

Evə çatdırılma

FHN əməkdaşları toyda dava salıb – Həbs olunan var

Kriminal

09 İyul 2019 08:52 2434


Fövqaladə Hallar Nazirliyinin (FNN) əməkdaşları Tərtərdə iştirak etdikləri toy məclisində dava salıblar. Kütləvi dava zamanı xəsarət alanlar olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Azerinfo.tv" məlumat yayıb. 

Xəbərə görə, hadisə bazar günü, 7 iyul tarixində baş verib. pizza

Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin bir qrup əməkdaşı Tərtərdə toy məclisində iştirak edib. Toyun qızğın vaxtı FHN əməkdaşları ilə məclisdə iştirak edən digər qonaqlar arasında mahnı sifarişi üstündə mübahisə başlayıb. Mübahisə kütləvi dava ilə nəticələnib. Hadisə yerinə polis gəlib. 

Xəbər verilir ki, 3 FHN əməkdaşı baradə araşdırma gedir. Qarşı tərəfdən bir nəfər həbs edilib.

Məsələ ilə bağlı Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzindən bildirilib ki, hadisə ilə bağlı araşdırma gedir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!